![]() SSRİ-nin xalq artisti, əfsanəvi estrada ifaçısı, aktrisa Edita Pyexa Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Gün.Az xəbər verir ki, sənətçi yaradıcılığının 55 illiyinə həsr olunan konsert turları çərçivəsində dekabrın 4-də azərbaycanlı tamaşaçılar qarşısında oxuyub. O, Bakı səhnəsində anadan olmasının 75 illiyini və yaradıcılığa başlamasının 55 illiyini qeyd edib. Səhnəyə çıxan E.Pyexa tamaşaçıları salamlayıb. Azərbaycanda sonuncu dəfə 53 il əvvəl olduğunu deyib. Salam, gözəlləşmiş, cavanlaşmış Bakı! Mən bu şəhərdə ilk dəfə 1959-cu ildə çıxış etmişəm, o alqışları bu günə kimi xatırlayıram”. Edita Pyexa bakılı pərəstişkarlarına repertuarındakı ən yaxşı mahnıları – "Gəncliyimin şəhəri”, "Ana”, "Dünyaya gülümsə”, "Sank-Peterburq”u təqdim edib. İfaçı səhnədə geyimini tez-tez dəyişib. Qeyd edək ki, Edita Pyexanın konsertini izləməyə gələnlər arasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də olub. |
TÜRK VIDEO
Main » 2012 İYUL 05 » Edita Pyexa 53 illik fasilədən sonra Bakıda konsert verdi18:06 Edita Pyexa 53 illik fasilədən sonra Bakıda konsert verdi |
Edita Pyexa 53 illik fasilədən sonra Bakıda konsert verdi |
|
|
| Total comments: 1 | |
|
| |





