Sign Up Login
RSS
























Login form

BÖLMƏLƏR

EFES


AGENT.MAİL.RU

TÜRK VIDEO

Main » 2012 » İYUL » 05 » Bu gün Beynəlxalq Könüllülər Günüdür
18:20
Bu gün Beynəlxalq Könüllülər Günüdür

Bu gün Beynəlxalq Könüllülər Günüdür

Bu gün 5 Dekabr – Beynəlxalq Könüllülər Günüdür.

1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.

Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir:

"Azərbaycan Könüllülər” İctimai Birliyinin prezidenti İmaməddin Quliyev Gün.Az-a bildirib ki, könüllülüyün məqsədi tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir:

"Bu öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır.

Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür. Bu, həmçinin mümkün məşğulluq və digər başqa səbəblərə görə nəzərdə tutulan əlaqə vasitəsidir”.

Ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Bu gün Azərbaycanda könüllülər daha çox ölkəmizdə fəaliyyət göstərən QHT-lər, xüsusən də gənclər təşkilatları ətrafında birləşiblər.

Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib.

Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.5.9-cu bəndində "Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” xüsusilə qeyd olunub.

"Azərbaycan Könüllülər” İctimai Birliyi olaraq Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdayıq.

Üzvlərimiz ölkədə və ölkədən kənarda keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edirlər.

Azərbaycan gəncləri könüllü olaraq həm yerli, həm də beynəlxalq tədbirlərdə aktivliyi və marağı günü-gündən artmaqdadır. Bildiyiniz kimi bu il ölkəmizdə keçirilən "Eurovision” mahnı müsabiqəsi, yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə Dünya Çempionatı və FİFA U-17 qadınlararası Dünya Çempionatı keçirilib və bu böyük beynəlxalq tədbirlərin təşkilində təşkilatımızın fəalları aktiv olaraq iştirak ediblər.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının Avropa Komissiyasının 2007-2013-cü illəri əhatə edən "Gənclər fəaliyyətdə” proqramı fəaliyyət göstərir və bu proqramın ikinci "Avropa Könüllülük Xidməti” adlanan maddəsində könüllülərin fəaliyyəti olduqca böyükdür. Bu proqram vasitəsilə həm ölkəmizdən, həm də Avropa ölkələrindən müxtəlif layihələrə könüllülər cəlb olunur.

Könüllü fəaliyyətin inkişaf etdirilməsi ilə bağlı olaraq təşkilatımız tərəfindən könüllülüklə bağlı layihələr hazırlanır və təlimlər keçirilir. Bu yaxınlarda "Azərbaycan Könüllülər” İctimai Birliyinin yeni rəsmi web-səhifəsi www.avpu.az istifadəyə verilib. Bu saytın "könüllü ol” bölməsindəki elektron ərizə formasını doldurmaqla gənclər könüllü olmaq üçün müraciət edirlər.

İndiyə qədər buraya 100-dən çox gənc müraciət edib. Biz onların müraciətlərinə baxdıqdan sonra könüllülüklə bağlı təlimlərə cəlb edirik.

Sonda istərdik ki, gənclərimizin sosial təcrübənin qazanılmasında könüllü fəaliyyətə xüsusi diqqət yetirsinlər və gələcəkdə ölkənin inkişafına öz töhfəsini verməklə yanaşı istedadlı gənclər kimi formalaşsınlar”.

Mirvari Kamilqızı

Views: 462 | Added by: elmar-2 | Tags: Bu gün Beynəlxalq Könüllülər Günüdü | Rating: 0.0/0
Total comments: 1
0  
1 YaYa   (13.09.2013 11:14) [Entry]
Oyunun başlanma saatına yaxınlaşdıqca stadionun ətrafında akitilvk getdikcə artır,azarkeşlər saat 19:00dan etibarən stadionda oz yerlərini tutmağa başlayırlar.Fanklublar qəbul olunmuş qaydada qapı arxasındakı sektorlarda oz yerlərini alırlar,bannerlərini yerləşdirirler.Beləliklə oyun başlayır.Komandaların heyətlərinə diqqət yetirsək Italiyanın Milan səhərinin Inter klubunun ilk 11-liyində bir dənə də olsa italyan futbole7u yoxdur,qoca qurdlardan isə Cambiasso nu qeyd etmək olar,qalan heyət isə gənc,adətən ehtiyat skamyada əyləşən futbole7ulardır.Nefte7inin start heyətinde isə sadəcə gənc oyune7u Nurəhmədovu surpriz kimi gostərmək olardı.Ilk hissədə fcmumən Nefte7inin Interdən e7ox oz həyəcanı ilə mfcbarizə apardığını soyləmək olar,baxmayaraq ki,stadion oz meydanımızdır,tfcrklər demişkən stadion tıklım-tıklım doludur.Interin adı ilə oz həyəcanına qarşı mfcbarizə aparan Nefte7i birinci hissədə demək olar hee7nə ilə yadda qalmadı.Yadda sadəcə Interin hfccumları və Nefte7inin etdiyi səhvləri nəticəsində buraxdığı 3 qol qaldı birinci hissədə.Fasiləyə kimi bir dəfə Flavinyo qola yaxın oldu.Fasiləyə 3 buraxılmış qol ilə yollandıq.Ikinci hissəyə dəyişikliklərlə e7ıxdıq.Fasilədə məşqe7ilərin psixoloji,taktiki tapşırıqları oz bəhrəsini tezliklə gostərdi,Canales qol vuraraq fərqi iki topa endirdi.Təəssfcf ki,oyun başlayandan bəri komandamızın fiziki cəhətdən zəif olduğu ozfcnfc oyunun gedişatında gostərirdi.Təkbətək mfcbarizədə,adi toxunuşlarda udan tərəf rəqib oyune7ular olurdu.Ikinci hissədə Nefte7i ikinci dəfə qol vura bilərdi.Sadəcə olaraq standart vəziyyətdən Bertucci nin ustalıqla yerinə yetirdiyi zərbəni Interin qapıe7ısı e7ətinliklə də olsa uzaqlaşdıra bildi.Oyun 1 – 3 hesabı ilə sona e7atdı.

Name *:
Email *:
Code *: