Sign Up Login
RSS
























Login form

BÖLMƏLƏR

EFES


AGENT.MAİL.RU

TÜRK VIDEO

Main » 2012 » İYUL » 05 » Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib
18:28
Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib

 - İqtisadiyyat

Bakı şəhərində Azərbaycan-Macarıstan işgüzar görüşü baş tutub.

Gün.Az-ın verdiyi xəbərə görə, tədbirdə rəsmi sahələrlə yanaşı qida sənayesi, kənd təsərrüfatı, maliyyə, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Görüşdə çıxış edən iqtisadi inkişaf naziriŞahin Mustafayev iki ölkə arasında möhkəm qanunvericilik bazası olduğunu deyib. Bu günədək o ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı da daxil olmaqla müxtəlif sahələr üzrə 30-a yaxın sənədin imzalandığını deyib.

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,6 dəfə artıb. Azərbaycanda Macarıstan kapitallı 4 şirkət fəaliyyət göstərir”.

Bildirək ki, bu il Macarıstanın tikinti, yük maşınlarının istehsalı, məişət tullantılarının idarə olunması, turizm, aviadaşımalar və.s sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycanda olub, müxtəlif sahələrdə əməkdaşlıq barədə ilkin razılaşmalar əldə edilib.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminliyini deyib və iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

O, Azərbaycanla kənd təsərrüfatı, turizm, dəmiryollarının tikintisi, neft-qaz sahəsində əməkdaşlıq etmək niyyətindədir. O, qeyd edib ki, iki ölkə arasında birbaşa aviareyslərin yaradılması məsələsinin nazirlə göruşdə müzakirə edilib.

Views: 464 | Added by: elmar-2 | Tags: Bakıda Azərbaycan-Macarıstan işgüza | Rating: 0.0/0
Total comments: 1
0  
1 Hameed   (13.09.2013 21:10) [Entry]
2011-ci ilin yekununda 4 200 000 abennot və bazarın 55%-nə nəzarət etmək bf6yfck uğurlardandır 2011-ci ildə mənim e7ox bəyəndim təqdim edilən yeniliklərdən biri Online mfcştəri xidmətləridir. Bu Azərbaycanda hələ də ilk və yeganə olaraq qalıb.Ən e7ox sevindiyim xəbər isə Azərbaycanın ən bf6yfck mobil rabitə operatoru olan Azercell şirkətini Bakıda kee7iriləcək Eurovision-2012 Mahnı Mfcsabiqəsinin əsas tərəfdaşı elan edilməsi olub. Bu həqiqətən də qurur duyulası bir hiss idi

Name *:
Email *:
Code *: