| Məsələn, insanlar çox vaxt nəyi necə yediklərini, orqanizm üçün nəyin ziyanlı olduğunu bilmədən hərəkət edirlər. Ancaq bəzən insanlar bunların ziyanlı olduğunu bilə-bilə edirlər. Bu isə günahdır. 1. Siqaret Siqaret çəkmək ürək damar sisteminə neqativ təsir edən ən başlıca faktorlardan biridir. O, qan dövranına təsir edir, arteriya divarlarını dağıdır, onlara yağ toplanmasına şərait yaradır. Siqaret çəkən zaman ürəyə kifayət qədər oksigen getmir. Nəticədə o normal işləmək qabiliyyətini itirir və xəstə olur. 2. Çox stress - az istirahət Daimi gərgin iş fonunda emosional stress xroniki ürək xəstəliyinin yaranmasına səbəb olan potensial riskdir. Bu zaman nə qədər tez həkimə müraciət etsəniz, bir o qədər xeyirli çıxmış olarsınız. Ürək ritminin pozulması çox təhlükəli xəstəliklərin xəbərçisi ola bilər. 3. Hərəkətsizlik Hər kiloqram artıq çəki ürəyin fəaliyyətinə mənfi təsir edir. Bu zaman ürək bütün bədəni qanla, oksigen və minerallarla təmin etmək üçün iki dəfə artıq yükə düşür. Bundan hərəkətsizlik və artıq çəki şəkərli diabetə də yol aça bilər. 4. Yağlı və şəkərli yemək Orqanizmdəki damarların fəaliyyətinə həddindən çox şirin və yağlı qidalarda mənfi təsir göstərir. Bütün bu məhsullar xolesterol mənbəyidir. Yağlı qidalar müəyyən zaman ərzində damarların divarlarına çökərək onların elastikliyini azaldır. Bəzi hallarsa qan dövranının pisləşməsinə, ürək ritminin pozulmasına gətirib çıxarır. Bir müddət sonra isə orqanın fəaliyyəti tamamilə pisləşir. |
TÜRK VIDEO
Main » 2012 MAY 08 » Ürəyə verdiyimiz 4 cəza22:19 Ürəyə verdiyimiz 4 cəza |
![]() |
|
|
| Total comments: 0 | |





