TÜRK VIDEO
Main » 2012 MAY 02 » Muhteşem yüzyıl"da Cansu Dərə bəyənilmədi22:01 Muhteşem yüzyıl"da Cansu Dərə bəyənilmədi |
![]() Türkiyənin ən populyar serialına çevrilmiş "Muhteşem yüzyıl"ın son seriyalarında sultan Qanuni Süleymanın hərəmində iranlı Firuzənin peyda olması tamaşaçıları narazı salıb.Daha doğrusu, tamaşaçılar Firuzə obrazını yaradan aktrisa Cansu Derenin rolun öhdəsindən gələ bilməməsindən narazıdırlar. Milliyet bildirir ki, serialın prodüseri, "Times Productions" studiyasının sahibi Timur Savcı tamaşaçıları sakitləşdirməyə çalışıb. Cansu Dərənin serialda olmasını çox da istəmədiyini vurğulayan Savcı deyib: "Narahat olmayın. Firuzə möhtəşəm gəldi, amma Hürrem Sultanın sayəsində İzmir Marşı ilə serialı tərk edəcək". Əvvəllər "Küçük Sırlar", "Kavak Yelleri", "Bir Bulut Olsam" və "Es Es" seriallarını çəkərək məşhurlaşan, indi isə "Muhteşem yüzyıl" və "Suskunlar" serialları ilə daha da populyarlaşan Savcı daha sonra bildirir ki, aktyor Halit Ergenc olmasaydı, "Muhteşem yüzyıl" da olmazdı. "Halit o vaxt "Binbir gecə"də oynayırdı. Ssenari müəllifi, indi mərhum Meral Okayla düşündük, daşındık, qərar verdik ki, serialda Qanuni Sultan Süleyman rolunu məhz Halit oynasın. Tək bir şərtimiz vardı Halitə: 1,5 il boyunca müxtəlif tədbirlər, mediadan uzaq duracaq, başqa heç bir seriala çəkilməyəcək. İstədik ki, padşah real təsir bağışlasın. Halit sağ olsun, şərtlərimizi qəbul etdi", - Savcı deyib. |
|
|
| Total comments: 0 | |





