![]() Bu gün Sabirabad rayonunun Qalaqayın kəndində toy günündə maraqlı və dövrümüz üçün artıq adi qarşılanmayan gəlin aparma mərasimi baş tutub. Belə ki, sözügedən kənddə 3 "Zaporojets” markalı avtomobillə gəlin karvanı gedir. "Zaporojets”-in birində gəlin aparılır. Bəyin atası Yaşar Məmmədov əhd edib ki, oğlunu evləndirəndə "Zaporojets”də gəlin gətirəcək. Maraqlıdır ki, bu Yaşar kişinin "Zaporojets”lə evinə gəlin apardığı artıq 2-ci toydur. Çünki o, ötən il böyük oğlunun toyunu da məhz bu cür etmişdi. Amma təəssüflər olsun ki, həmin vaxt "Zaporojets” sonradan yanmışdı. Sonradan həmin maşını təmir edib növbəti toy üçün hazırlayıb. Görünür cəsur və prinsipial atanı bu hal da fikrindən daşındıra bilməyib. Və artıq bu gün o, ikinci oğlunun toyunda da gəlin maşını kimi "Zaporojets”i seçib./xeberle.com/ Qeyd edək ki, gəlin maşınları üçün dəbdə olan bahalı markaları kirayə götürənlərlə yanaşı "Zapı”yə müraciət edənlərin olduğunu bilmək həm qəribədir, həm də maraqlı. |
TÜRK VIDEO
Main » 2012 MAY 08 » Gəlini “Zapı” ilə apardılar22:26 Gəlini “Zapı” ilə apardılar |
Gəlini "Zapı” ilə apardılar |
|
|
| Total comments: 0 | |





