![]() Bu axşam Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına yekun vurulacaq. Son oyun günündə daha 8 qarşılaşma baş tutacaq. Keçiriləcək 8 oyundan sonra E,F,G və H qruplarında da 1/8 finala vəsiqə qazanan komandaların adlarına aydınlıq gələcək. Azərbaycan futbolsevərlərinin diqqəti yenidən Portuqaliyaya yönələcək. Burada yerli "Braqa” klubu Türkiyənin "Qalatasaray” komandasını sınağa çəkəcək. "Cim Bom” bu görüşdə qələbə qazanacağı təqdirdə 1/8 finala vəsiqəni təmin edəcək. Qeyd edək ki, dünən keçirilən oyundan sonra PSJ, "Porto”, "Şalke”, "Arsenal”, "Malaqa”, "Milan”, "Borussiya” (Dortmund) və "Real” (Madrid) komandaları 1/8 finala vəsiqə qazanıblar. 5 dekabr Çempionlar Liqası, V tur E qrupu 23:45. "Şaxtyor” (Ukrayna) – "Yuventus” (İtaliya) 23:45. "Çelsi” (İngiltərə) – "Nordsjaelland” (Danimarka) F qrupu 23:45. "Lill” (Fransa) – "Valensiya” (İspaniya) 23:45. "Bavariya” (Almaniya) – BATE (Belarus) G qrupu 23:45. "Seltik” (Şotlandiya) – "Spartak” (Moskva, Rusiya) 23:45. "Barselona” (İspaniya) – "Benfika” (Portuqaliya) H qrupu 23:45. "Braqa” (Portuqaliya) – "Qalatasaray” (Türkiyə) 23:45. "Mançester Yunayted” (İngiltərə) – "ÇFR Kluj” (Rumıniya) |
TÜRK VIDEO
Main » 2012 İYUL 05 » Çempionlar Liqası:”Qalatasaray” davam, yoxsa tamam?18:01 Çempionlar Liqası:”Qalatasaray” davam, yoxsa tamam? |
|
| Total comments: 0 | |





