Main » 2012»İYUL»05 » Abbas Bağırov İbrahim Tatlıses ilə bir yerdə (Foto)
17:59
Abbas Bağırov İbrahim Tatlıses ilə bir yerdə (Foto)
Abbas Bağırov İbrahim Tatlıses ilə bir yerdə (Foto)
Hazırda Türkiyədə olan əməkdar artisti, məşhur müğənni Abbas Bağırov dünən axşam saatlarında restoranların birinə bəstəkar Nazim Məmmədovla birgə şam yeməyinə gedib. Əyləşmədən öncə eyni məkanda türk musiqisinin imperatoru İbrahim Tatlısəsi görən müğənni az qala "şok” düşüb.SİA-nın məlumatına görə, İbrahim Tatlısəsi belə yaxından görəcəyini ağlına gətirməyən Abbas şəkil çəkdirmək fürsətini də qaçırmayıb. Şəklini dərhal sosial şəbəkələrdə paylaşan Abbas belə şərh yazıb: "İbrahim Tatlısəsi burda görəcəyimi gözləmirdim. Burda dedilər ki, İbrahim əməliyyatdan sonra ilk dəfədir ki, bu restorana gəlir. Əvvəllər o burda tez-tez olurmuş".