O,
1986-cı ildə "For Rosanna" mahnısını bəstələyərək oxuyanda ağlına belə
gətirməzdi ki, illər keçəcək, qızı belə bir addım atacaq. İndi o, məşhur
atadır və qızı ilə fəxr edir.Qızı lüt soyunaraq kameralar qarşısına
keçsə də.Dünyanın ən məşhur müğənnilərindən biri Kris de Burqun qızı, 28
yaşlı Rosanna Douson "Playboy" jurnalı üçün fotosessiyaya çəkilib.
Təbii ki, sessiya Rosannanın lüt şəkillərindən ibarətdir.İrlandiyalı gözəlçənin fotoları Mavriki adasında çəkilib.
Baş verənlərə Kris de Burqun
reaksiyası isə çox maraqlı olub."Qızımın belə addım atması, təbii ki,
xoşuma gəlməzdi. Qızının lüt soyunub şəkil çəkdirməsini hansı normal ata
təqdir edər ki?! Amma qızıma inanıram. Üstəlik, erotika ilə
pornoqrafiya arasında böyük fərq var. Qızım mənə dedi ki, qocalanda,
dərisi qırışanda nəvələrinə bu fotoları göstərmək, onlara bir zamanlar
çox gözəl olduğunu söyləmək istəyir. Məncə, pis fikir deyil. Qızımla
fəxr edirəm", - de Burq deyib.Rosanna Douson 2003-cü ildə "Miss World"
titulunu qazanandan sonra biosəhiyyə və idman dietası fakültəsində
təhsil almağa başlayıb.
Rosanna Dousonun fotosessiyası "Playboy Germany" jurnalının oktyabr sayında dərc olunacaq.
































